Azərbaycan neftinin qiyməti 62 dollara düşüb
    • 12-01-2019, 16:25
    • 1 042

Azərbaycan neftinin qiyməti 62 dollara düşüb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,77 dollar və yaxud 1,22% azalıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,58 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

//Report