Abşeronda işıqlar sönəcək – - KÜÇƏLƏRİN SİYAHISI

Abşeronda işıqlar sönəcək – - KÜÇƏLƏRİN SİYAHISI İqtisadiyyat

Bu gün Abşeron rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə News24.az-"Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədi ilə Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində sentyabrın 2-də təmir-bərpa işləri aparılacaq:

"Bununla əlaqədar olaraq bu gün saat 10:00-dan 13:00-dək Xırdalan şəhəri Əhməd Cavad, Tofiq Bayramov, Vəli Axundov küçələri, Heydər Əliyev prospektinin bir hissəsi, saat 10:00-dan 14:00-dək Qobu qəsəbəsi Kərpic zavodun ətrafında yerləşən yaşayış yerlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq". 

"Təmir-bərpa işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - deyə məlumatda qeyd edilib.