Şad xəbər - Məbləğ artırıldı
İqtisadiyyat
Ölkə üzrə yaşayış minimumu 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün isə 260 manat səviyyəsində müəyyən edilib.
News24.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O bildirib ki, bu rəqəmlər 2026-cı il üçün proqnozlaşdırılan 4,8 faiz inflyasiya fonunda yaşayış minimumunun ümumilikdə 5,3 faiz artdığını göstərir:
"Həm büdcə zərfi, həm də sosial müdafiə zərfi nəzərə alınaraq sənədin üçüncü oxunuşda qəbul edilməsi vacibdir. Deputatları qanun layihəsinə səs verməyə çağırıram".