AMB-yə yeni baş direktor təyin edildi

AMB-yə  yeni baş direktor təyin edildi İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankının (AMB) Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov qurumun baş direktoru təyin edilib.

News24.az xəbər verir ki, bununla da, baş direktorların sayı yenidən 10-a çatıb.

Yeni baş direktor bu vəzifədə avqustda işdən çıxmış Vüqar Əhmədovu əvəz edib.

A.Ələsgərov 1977-ci ildə Bakıda anadan olub, 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun "İqtisadiyyatın tənzimlənməsi" ixtisası üzrə bakalavr, 1999-cu ildə isə həmin universitetin eyni ixtisası üzrə magistr dərəcəsi alıb.

O, əmək fəaliyyətinə 1997-ci ildə AMB-nin Pul-kredit siyasəti departamentinin Pul-kredit siyasəti şöbəsində aparıcı ekspert vəzifəsi ilə başlayıb, 1997-2000-ci illərdə Pul-kredit siyasəti departamentinin Pul-kredit siyasəti şöbəsində aparıcı iqtisadçı, 2000-2005-ci illərdə isə Monetar siyasət departamentinin İqtisadi tədqiqatlar şöbəsində baş iqtisadçı və daha sonra şöbə rəisi vəzifələrində çalışıb, 2005-2009-cu illərdə Pul siyasəti departamentində Pul və məzənnə siyasəti şöbəsinin rəisi, həmin departamentin direktor müavini - Pul və məzənnə siyasəti şöbəsinin rəisi vəzifələrində fəaliyyətini davam etdirib, 2009-cu ilin iyun ayından indiyə qədər Pul siyasəti departamentinin direktoru vəzifəsində işləyib.