AQC: Son 1 ildə Bakının bütün rayonlarında mənzillər bahalaşdı
İqtisadiyyat
Son 1 ildə Bakının 12 inzibati rayonunun hamısında mənzillərin qiyməti artıb.
Bu barədə News24.az-a "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" (AQC) İctimai Birliyindən bildirilib.
Qurumun apardığı hesablamalar zamanı əvvəlki bazar göstəriciləri, son 12 ayda formalaşmış qiymət artımı, ərazinin yerləşməsi, nəqliyyat əlçatanlığı, tikilinin yaşı və tipi, mənzilin təmir və planlaşdırma vəziyyəti, sənədləşmə və infrastruktur, rayonlar üzrə əhalinin sayı əsas amillər nəzərə alınıb.
Hazırda paytaxtın rayonlar üzrə mənzillərin bir kvadratmetrinin ortalama maksimum, orta və minimum qiymətləri aşağıdakı kimidir:
№ | Rayon | Maksimum, AZN/m² | Orta, AZN/m² | Minimum, AZN/m² |
1 | Nəsimi | 6 546 | 3 724 | 2 890 |
2 | Səbail | 6 077 | 4 132 | 2 162 |
3 | Nərimanov | 5 076 | 3 870 | 2 867 |
4 | Xətai | 4 838 | 3 343 | 1 781 |
5 | Yasamal | 4 171 | 3 361 | 2 675 |
6 | Sabunçu | 3 930 | 3 248 | 2 240 |
7 | Nizami | 3 743 | 2 701 | 2 083 |
8 | Binəqədi | 3 265 | 2 540 | 1 832 |
9 | Qaradağ | 2 430 | 2 028 | 1 266 |
10 | Suraxanı | 2 418 | 1 996 | 1 425 |
11 | Xəzər | 2 358 | 1 628 | 1051 |
12 | Pirallahı | 1 758 | 1 452 | 1022 |
Beləliklə, əhalinin faktiki sayı, ərazinin yerləşməsi, nəqliyyat əlçatanlığı, tikilinin yaşı və tipi, mənzilin təmiri, planlaşdırma vəziyyəti, sənədi, infrastruktur əlçatanlığı, həmçinin rayonlar üzrə tikilmiş binaların həcmi nəzərə alaınmaqla paytaxt üzrə mənzil qiymətlərinin ortalama göstəriciləri aşağıdakı kimidir:
Bakı şəhəri üzrə mənzillərin ortalama qiymətləri | AZN/m² |
Maksimum | 4015 |
Orta | 2 934 |
Minimum | 2026 |
Təqdim olunan göstəricilər paytaxtın mənzil bazarında ümumi ortalama qiymət səviyyəsini xarakterizə edir. Konkret əmlakın bazar dəyərinin müəyyənləşdirilməsi zamanı isə fərdi göstəricilər ayrıca nəzərə alınır.