Avrozonada dövlət borcu artdı

Avrozonada dövlət borcu artdı İqtisadiyyat

Avrozonada dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti bu ilin birinci rübündə 88,7 faizə çatıb.

News24.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Eurostat) 2024-cü ilin birinci rübü üçün Avropa İttifaqı (Aİ) və Avro Bölgəsinin dövlət borcu, büdcə kəsiri məlumatlarını açıqlayıb.

Məlumatlara görə, Avrozonada ötən ilin son rübündə 88,2 faiz olan dövlət borcunun ÜDM-ə nisbəti bu ilin birinci rübündə 88,7 faizə yüksəlib.

Aİ-də keçən ilin dördüncü rübündə yüzdə 81,5 olan dövlət borcunun ÜDM-ə nisbəti birinci rübdə yüzdə 82 olaraq ölçülüb.

Beləliklə, ümumi dövlət borcu Avrozonada 12 trilyon 926 milyard avroya, Aİ-də isə 14 trilyon 103 milyard avroya çatıb.

Günel Məlikzadə