Azərbaycan neftinin qiyməti 100 dolları ötdü
İqtisadiyyat
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
News24.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3.29 dollar və ya 3,34% artaraq 101.87 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 98.58 ABŞ dolları təşkil edib.