Azərbaycan neftinin qiyməti 133 dolları keçdi
İqtisadiyyat
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 8,04 ABŞ dolları və ya 6,42 % artaraq 133,23 ABŞ dolları təşkil edib.
Bu barədə News24.az-a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 135,74 ABŞ dolları təşkil edib.