Azərbaycanda tranzit daşımaları son 5 ilin rekord səviyyəsinə çatdı
İqtisadiyyat
Azərbaycan beynəlxalq nəqliyyat-logistika qovşağı kimi mövqeyini daha da möhkəmləndirir.
News24.az xəbər verir ki, 2026-cı ilin 7 ayında tranzit daşımalarının həcmi 9,1 milyon tonu ötərək son 5 ilin rekord səviyyəsinə yüksəlib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz çoxdur. Xüsusilə tranzit yük daşımalarının həcmi Şərq-Qərb istiqamətində 16,5 faiz, Şimal-Cənub istiqaməti üzrə isə 14,3 faiz artıb.