Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və arpa göndəriləcək

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və arpa göndəriləcək İqtisadiyyat

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

News24.az xəbər verir ki, 11 vaqondan ibarət, çəkisi 1108 ton olan buğda və 4 vaqondan ibarət, çəkisi 273 ton olan arpa bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 47 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.