“Azeri Light” 124 dollara satılır
İqtisadiyyat
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
News24.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,75 dollar və ya 0,6% azalaraq 124,01 ABŞ dolları olub.
Qeyd edək ki, ötən gün neftimiz 124,76 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.