“Azeri Light” bahalaşdı
İqtisadiyyat
Dünya bazarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
News24.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,32 ABŞ dolları və ya 1,39% artaraq 96,13 ABŞ dollarına düşüb.
Qeyd edək ki, ötən gün neftimiz 94,81 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.
Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.