"Azeri Light" bu gün neçəyə satılır?

"Azeri Light" bu gün neçəyə satılır? İqtisadiyyat

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

News24.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,93 ABŞ dolları və ya 2,58% artaraq 116,41 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 113,48 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.