“Azeri Light” ucuzlaşdı

“Azeri Light” ucuzlaşdı İqtisadiyyat

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

News24.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,48 ABŞ dolları və ya 0,7% azalaraq 67,86 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68,34 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.