Bakıda ticarət mərkəzindən oğurluq

Bakıda ticarət mərkəzindən oğurluq İqtisadiyyat

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində mağazaların birindən 475 manat dəyərində geyim əşyasının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən bildirilib ki, oğurluq əməlini törətməkdə şübhəli bilinən 58 yaşlı A.İsgəndərov Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

O, araşdırma aparılması üçün 10-cu Polis Şöbəsinə təhvil verilib.