Bakının bir sıra ərazilərində qaz kəsiləcək

Bakının bir sıra ərazilərində qaz kəsiləcək İqtisadiyyat

Bu gün Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq.

News24.az xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir hissəsinin, Qaradağ rayonunun Lökbatan qəsəbəsində S.Fərziyev küçəsinin və Sabunçu rayonunun Ramana qəsəbəsinin bir hissəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.