Bakı–Tbilisi–Qars dəmir yolu bu tarixdə açılacaq
İqtisadiyyat
Bakı–Tbilisi–Qars dəmir yolunun rəsmi açılışı iyunun 2-də baş tutacaq.
News24.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.
Açılış mərasimi Axalkalaki stansiyasında keçiriləcək.
Tədbirdə Gürcüstan, Azərbaycan və Türkiyədən rəsmi şəxslər iştirak edəcəklər.
Qeyd edək ki, dəmir yolu 2017-ci ildən test rejimində fəaliyyət göstərsə də, onun rəsmi istifadəyə verilməsi yalnız indi həyata keçiriləcək.
Layihənin Gürcüstan hissəsinin tikintisi tam şəkildə Azərbaycanın ayırdığı 775 milyon dollarlıq kredit hesabına maliyyələşdirilib. Kreditin layihədən əldə olunacaq gəlirlər hesabına qaytarılması nəzərdə tutulur.