Bu sahədə çalışanlara ŞAD XƏBƏR- MAAŞ ARTACAQ

Bu sahədə çalışanlara ŞAD XƏBƏR- MAAŞ ARTACAQ İqtisadiyyat

Kitabxana sahəsində çalışan əməkdaşların əməkhaqqı şərtlərinin yaxşılaşdırılması dövlətin əsas prioritetlərindən biri kimi diqqət mərkəzindədir.

News24.az xəbər verir ki, kredit.az-ın məlumatına görə, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət komitəsində keçirilən “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə bildirib. Nazir qeyd edib ki, keyfiyyətli xidmətin təmin olunması üçün ilk növbədə kitabxana işçilərinin əmək bazarının tələblərinə uyğun, rəqabətqabiliyyətli maaşla təmin edilməsi vacibdir.

Onun sözlərinə görə, bu istiqamətdə artıq konkret işlər aparılır və model hazırlanıb. Kitabxana sistemində optimallaşdırma nəticəsində yaranacaq qənaət və resursların yenidən sahəyə yönəldilməsi, o cümlədən əməkhaqqının artırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib.