Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq
İqtisadiyyat
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) Azərbaycanda bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsini nəzərdə tutub.
Bu barədə News24.az-a Fonddan məlumat verilib.
Bildirilib ki, respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.