Daha bir sığorta agentinin lisenziyası ləğv edildi

Daha bir sığorta agentinin lisenziyası ləğv edildi İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarına əsasən Rəhimli Xədicə Tərlan qızına sığorta agenti fəaliyyətinə verilmiş 7 avqust 2015-ci il tarixli, 080682 nömrəli lisenziya ləğv edilib.

News24.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, onun lisenziyası "Sığorta fəaliyyəti haqqında" qanunun 107.1.2-ci maddəsinə əsasən (lisenziya sahibinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmaması) ləğv olunub.