Dizel sabahdan BAHALAŞACAQ - Bu ölkədə...
İqtisadiyyat
Brent markalı neftin qiymətləri və valyuta məzənnəsindəki dəyişikliklərlə Türkiyə vətəndaşları benzin və dizel qiymətlərini izləməyə davam edir.
News24.az xəbər verir ki, sabahdan etibarən dizel qrupunda 90 kuruş ( 0,045AZN ) qiymət artımı gözlənilir.
Mövcud yanacaq pompası qiymətləri isə belədir:
İstanbulda dizelin litr qiyməti 42,72 ( 2,13 AZN ) lirədən satılır.
Benzinin litri orta hesabla 41,74 ( 2,08 AZN ) lirəyə satılır.
Günel Məlikzadə