Dollar qlobal statusunu itirə bilər

Dollar qlobal statusunu itirə bilər İqtisadiyyat

Dollar ehtiyat valyuta statusunu itirə bilər.

News24.az xəbər verir ki, bu barədə ABŞ-nin ən böyük investisiya bankı “JP Morgan”ın baş direktoru Ceymi Daymon açıqlama verib.

“Əgər son 25 ilin ən güclü ordusuna və ən güclü iqtisadiyyatına sahib olmasaq, ehtiyat valyutaya da sahib ola bilmərik”, - deyə o bildirib.

O, bunun ABŞ üçün çox təhlükəli olacağını vurğulayıb.

Qeyd edək ki, dollar 1970-ci illərin əvvəllərində ABŞ ilə Səudiyyə Ərəbistanı arasında əldə olunan neft-dollar razılaşmasından sonra qlobal ehtiyat valyuta kimi qəbul edilir.

ABŞ Səudiyyə Ərəbistanına neft gəlirlərini ABŞ banklarında saxlamaq müqabilində təhlükəsizlik təminatı vəd edib.

Beləliklə, dollar qlobal ehtiyat valyutaya çevrilib.