Əmək müqavilələrinin sayı açıqlandı
İqtisadiyyat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bağlanmış əmək müqavilələrinin sayı cari il iyun ayının 1-nə 1 milyon 893 min 84 olub.
DVX-dən News24.az-a bildirilib ki, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 1 milyon 46 min 601 olub, bu sektorun ümumi əmək müqavilələrində payı 55,3 faiz təşkil edib.