“Ford” 227 min avtomobili geri çağırır

“Ford” 227 min avtomobili geri çağırır İqtisadiyyat

ABŞ-nin Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) “Ford Motor Company”nin ön şüşə və oturacaq hissələrində aşkar edilən nasazlıqlar səbəbindən 227 006 avtomobili geri çağıracağını açıqlayıb.

News24.az xəbər verir ki, bəzi “Ford” modellərində ön şüşədə hava qabarcıqları, duman təmizləmə sistemində nasazlıqlar və oturacaq çərçivələrində boşluqlar müəyyən edilib. Qurumun məlumatına görə, bu qüsurlar sürücünün görmə imkanını məhdudlaşdıra və qəza zamanı sərnişinlərin təhlükəsizliyinə risk yarada bilər.

“Ford” şirkəti bildirib ki, avtomobil sahiblərinə rəsmi bildiriş göndəriləcək, təmir işləri isə rəsmi servis mərkəzlərində pulsuz aparılacaq. Şirkət yaxın günlərdə geri çağırılacaq modellərin və istehsal tarixlərinin siyahısını açıqlayacaq.