İcra hakimiyyəti “Azpetrol”dan 28 min manatlıq benzin alır

İcra hakimiyyəti “Azpetrol”dan 28 min manatlıq benzin alır İqtisadiyyat


Abşeron Rayon İcra Hakimiyyəti “Azpetrol” şirkəti ilə satınalma müqaviləsi bağlayıb.

News24.az valyuta.az-a istinadla xəbər verir ki, müqavilədə qurumun xidməti minik avtomobilləri üçün Aİ 95 markalı yanacağın satın alınması nəzərdə tutulur. Müqaviləyə əsasən icra hakimiyyəti şirkətdən 28 591 manatlıq benzin alacaq.

Qeyd edək ki, Aİ 95 markalı benzinin litri 1,60 manatdır.