İldə 20 min manatdan çox pul köçürənlərdən məlumat və sənəd tələb edəcək
İqtisadiyyat
"Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası"nın, maliyyə institutlarının Maliyyə Monitorinqi Xidmətinə məlumat və sənədlər təqdim etməli olduqları nağd şəkildə həyata keçirilən əməliyyatların və maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarının məbləğinin minimum həddinin, habelə əməliyyatları icra etmədən məlumat və sənədlər təqdim etməli olduqları əməliyyatların məbləğinin minimum həddinin təsdiq edilməsi barədə" qərar sabahdan qüvvəyə minir.
News24.az xəbər verir ki, Xidmətin İdarə Heyətinin sədri Zaur Fətizadənin imzaladığı qərara əsasən, maliyyə institutlarının quruma məlumat və sənədlər təqdim etməli olduqları maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarının məbləğinin bir təqvim ili üzrə minimum həddi 20 000 manat və yaxud ona ekvivalent xarici valyuta məbləği müəyyən edilr və müştərinin hər növbəti maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatına münasibətdə tətbiq edilir.
Öhdəlik daşıyan şəxslər indiyə qədər müştərisi olan hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri barədə məlumatların Xidmətə 2027-ci il 31 dekabr tarixinə qədər təqdim edilməli idi. /Report.az/