İranda Neft Emalı Zavodunda yanğın
İqtisadiyyat
Bu gün Tehran Neft Emalı Zavodunun yükləmə sahəsində yanğın baş verib.
News24.az xəbər verir ki, yanğın neft məhsullarının doldurulması və daşınması üçün istifadə olunan iki çənə təsir edib.
Hadisənin kerosin daşıyan tankerlərin olduğu yükləmə sahəsindən başladığı bildirilib.
Hadisə yerinə yanğınsöndürmə qüvvələri cəlb olunub və ərazi tamamilə nəzarətə götürülüb.
Yanğın qısa müddət ərzində söndürülüb.
Qəza nəticəsində istehsal və əməliyyat bölmələrinə zərər dəyməyib.