İranın fond birjasında son durum

İranın fond birjasında son durum İqtisadiyyat

İranın fond birjası bağlı qalmaqda davam edəcək.

News24.az xəbər verir ki, bu barədə “Tasnim” İranın iqtisadiyyat naziri Əli Mədenizadəyə istinadən məlumat yayıb.

Nazir qeyd edib ki, birjanın bağlanması ilə vətəndaşların birjadakı vəsaitlərinin qorunması hədəflənir və fond birjası ikinci bir elan verilənədək açılmayacaq.

Qeyd edək ki, İran birjası müharibənin ikinci günü bir həftə müddətinə bağlı qalıb. (apa.az)