İşsizlikdən sığorta fondunun büdcəsi qəbul edilib

İşsizlikdən sığorta fondunun büdcəsi qəbul edilib İqtisadiyyat

Milli Məclisin bu gün keçirilən iclasında “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

News24.az xəbər verir ki, qanun layihəsinə əsasən, İşsizlikdən Sığorta Fondunun 2027-ci il üzrə xərclərinin 319 200 000,0 manat məbləğində təsdiq edilməsi təklif edilir.

Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:

1.1.1. işsizlikdən sığorta fondunun 2027-ci il büdcəsinin gəlirləri 268 900 000,0 manat;

1.1.2. işsizlikdən sığorta fondunun 2027-ci il yanvarın 1-nə istifadə olunmamış vəsaitindən 2027-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 50.300.000,0 manat.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.