Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı qərar

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı qərar İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot faiz dərəcəsi ilə bağlı yeni qərarını açıqlayıb.

AMB-dən News24.az-a verilən məlumata görə, Mərkəzi Bankın İdarə Heyətinin qərarına əsasən, uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsində sabit saxlanılıb.