"Modenis" MMC-nin lisenziyası ləğv edildi
İqtisadiyyat
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Modenis" MMC-nin ödəniş təşkilatı lisenziyası ləğv edilib.
News24.az xəbər verir ki, lisenziya "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanuna əsasən, şirkətin "Mpay" MMC-yə qoşulması ilə bağlı ləğv olunub.
Beləliklə, "Mpay" yenidən təşkil edilib və "Modenis"in hüquqi varisidir.