Neft və qaz qiymətləri üzrə PROQNOZLAR

Neft və qaz qiymətləri üzrə PROQNOZLAR İqtisadiyyat

Proqnozlara əsasən, 2026-cı ildə neftin bir barelinin orta qiyməti 64 dollar, qazın isə 269 dollar səviyyəsində olacaq.

News24.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransında məlumat verib.

o bildirib ki, 2027-ci ildə neftin bir barelinin qiymətinin 65 dollar, qazın isə orta qiymətinin 254 dollar olacağı gözlənilir.

"2025-ci il üzrə qiymətləndirmələr göstərir ki, ölkədə makroiqtisadi sabitlik qorunub saxlanılıb", - deyə sədr qeyd edib.