Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı İqtisadiyyat

ABŞ və İran arasında qarşılıqlı zərbələrin bərpasından sonra neft bahalaşıb.

News24.az xəbər verir ki, Brent markalı neftin fyuçersləri 58 sent (0,8%) artaraq bir barel üçün 72,57 dollara yüksəlib. ABŞ-nin “West Texas Intermediate” (WTI) markalı nefti isə 88 sent (1,3%) bahalaşaraq bir barel üçün 70,11 dollardan satılıb.

Ötən həftə Brent markalı neft 10,6% ucuzlaşaraq ardıcıl üçüncü həftə dəyər itirib. Buna səbəb İrana qarşı müharibə başlayandan bəri boğazdan neft daşımalarının ən yüksək səviyyəyə çatması olub.

Lakin daha sonra, cümə axşamından etibarən boğazda hücumların yenidən başlaması səbəbindən gəmilərin hərəkəti yenidən yavaşıyıb.

ING analitiklərinin hesabatında bildirilib ki, neft bazarı hələ də çoxsaylı risklərlə üz-üzədir.

Bununla belə, bazar iştirakçıları əsas diqqəti neft tədarükünün bərpasının qlobal bazar balansına necə təsir edəcəyinə yönəldirlər.

Bu fonda ekspertlər bazarda əhval-ruhiyyənin dəyişəcəyini proqnozlaşdırırlar. /Reuters/