Neftimiz yenə bahalaşdı
İqtisadiyyat
Dünya bazarlarında Azərbaycan nefti bahalaşıb.
News24.az xəbər verir ki, “Azeri Light” (CIF) markalı neftimizin 1 barelə olan qiyməti 0,56 dollar və ya 0,6% artaraq 93,93 ABŞ dolları olub.
Qeyd edək ki, neftinin əvvəlki qiyməti 93,37 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.
Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.