Neftimizin qiyməti yenidən 100 dolları ötdü

Neftimizin qiyməti yenidən 100 dolları ötdü İqtisadiyyat

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

News24.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,83 ABŞ dolları və ya 1,85 % artaraq 100,56 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən gün neftimiz 98,73 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.