Pensiyalar artımla bu tarixdə ödəniləcək
İqtisadiyyat
Fevral ayı üzrə pensiyaların nə vaxt ödəniləcətyi maraq doğurur.
News24.az xatırladır ki, yanvar ayının artımı da fevral ayının üzərinə əlavə ödəniləcək.
Xatırladaq ki, ötən il də artımlar fevral ayından verilməyə başlamışdı. Belə ki, 2025-ci ildə fevralın 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçirilmişdi.
Ötən il pensiyalar 11,2 faiz indeksləşdirmə əsasında artırılmış məbləğlə verilirdisə, bu il artımın 9,2 faiz olacağı proqnozlaşdırılır.
Ötən il fevral ayının pensiyaları ölkə üzrə mərhələli şəkildə verilib və 25 fevral 2025-də tamamilə yekunlaşdırılıb. Həmin tarixdə digər regionlarda və güzəştli şərtlərlə təyin olunmuş pensiyalar da ödənilmişdi.
Bu il də fevral ayının pensiyalarının fevralın 11-dən etibarən ödəniləcəyi gözlənilir.//SAVASHMEDİA.az