Qızılın qiyməti rekord həddə: Çin dünya bazarını sarsıdır?
İqtisadiyyat
Qızılın qiymətinin rekord həddə çatmasına səbəb Çin olub.
News24.az xəbər verir ki, bu barədə “Financial Times” yazır.
Mənbə bildirir ki, analitiklərin sözlərinə görə, Çin tərəfindən qeyri-rəsmi qızıl alışları rəsmi rəqəmlərdən 10 dəfədən çox ola bilər və bu, qiymətlərin rekord səviyyəyə qalxmasına səbəb olub.
İl ərzində Çin Mərkəzi Bankının real qızıl alışları 250 tona qədər çatırb ki, bu da mərkəzi bankların qlobal tələbatının üçdə birindən çoxdur.
Çin alışları dedollarizasiyanın bir hissəsi kimi aparır və ABŞ dollarından asılılığı azaltmaq istəyir.
Bəzi ekspertlər hesab edirlər ki, Çinin faktiki qızıl ehtiyatları 5000 tona qədər ola bilər, bu da rəsmi rəqəmlərin iki qatıdır.
Qızılın dünya bazarında qiyməti artıq 1 unsiya üçün 4300 dollardan yüksəkdir, ABŞ-dən kənar ölkələrin valyuta ehtiyatlarında qızılın payı isə 10 faizdən 26 faizə yüksəlib.