Temu bazara girişə - HAZIRLANIR
İqtisadiyyat
Çin mənşəli Temu platforması, Türkiyə bazarına giriş prosesində hüquqi tələblərə uyğunlaşmaq üçün hazırlıqlara başlayıb. Şirkət rəsmiləri, xüsusilə məlumatların idarə olunması da daxil olmaqla, yerli qanunlara tam uyğunluq prinsipi ilə fəaliyyət göstərdiklərini bildiriblər.
Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir.
Ticarət Nazirliyi prosesi yaxından izləyir və Temu nümayəndələri ilə keçirilən görüşdə, 1 aprel 2024-dən qüvvəyə minən yeni qaydalara tam uyğunluğun vacibliyi vurğulanıb.
Temu isə bu istiqamətdə intensiv iş apardıqlarını, qaydalara əməl olunmadığı halda tətbiq ediləcək sanksiyaların da fərqində olduqlarını açıqlayıb.
Xeyrənsə Piriyeva