Tramp kripto qanununu - İMZALADI

Tramp kripto qanununu - İMZALADI İqtisadiyyat

ABŞ Prezidenti Donald Tramp kripto sektoruna dair yeni qanunu imzalayıb. Canlı yayımda çıxış edən Tramp, “İllərlə alçaldıldınız, yox sayıldınız. Bu imza əzminizə verilən qiymətdir” deyə kriptosevərlərə səslənib.

Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir. 

ABŞ Nümayəndələr Palatası, rəqəmsal varlıqlar üzrə aydın qaydalar gətirən CLARITY qanun layihəsini 294 səslə qəbul edib. Layihə həm sektorun inkişafını, həm də istehlakçıların qorunmasını hədəfləyir.

Bundan əlavə, stabilkoinlər üçün tənzimləyici çərçivə yaradan GENIUS qanun layihəsi də təsdiqlənərək Trampın imzasına göndərilib. Prezidentin bu sənədi də sabah imzalayacağı gözlənilir.

Xeyrənsə Piriyeva