Yeni ildə Azərbaycana hansı ölkələrdən turist - gələcək?

Yeni ildə Azərbaycana hansı ölkələrdən turist - gələcək? İqtisadiyyat
Yeni il bayramında Azərbaycana Rusiya, Gürcüstan, Türkiyə, İran və Səudiyyə Ərəbistandan daha çox turistin gələcəyi gözlənilir.

News24.az-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib. Onun sözlərinə görə, bu bazarlar oturuşmuş bazarlar olduğu üçün bu tendensiya davam edəcək:

“Azərbaycana gələn turistlərlə bağlı bizim 12 prioritet istiqamətimiz var. Avropa və Asiya, eləcə də Şimali Afrika və ABŞ-dan gələnlərin sayında artım var”.

Afaq Mirayiq