Yumurta qıtlığı - 15 min ton...

Yumurta qıtlığı - 15 min ton... İqtisadiyyat

ABŞ ötən il martın sonlarında Texasda ilk dəfə aşkarlanan və müxtəlif ştatlara yayılan quş qripinə nəzarət etməyə çalışır.

aprel ayından bəri ABŞ-da quş qripi təxminən 70 nəfərə yoluxub. Əksər hallar yoluxmuş ev quşları və ya inəklərlə təmasda olan ferma işçiləri arasında baş verib.

Ölkədə quş qripinə görə bir çox ev quşları məhv edilib və bu, ABŞ-da yumurta qıtlığına səbəb olub.

Bu hadisədən sonra ABŞ 2 ilin sonunda Türkiyədən yenidən yumurta almağa başlayıb. Qeyd edək ki, iyul ayına qədər 15 min ton ixrac tamamlanacaq.

Günel Məlikzadə