Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb
    • 2-02-2019, 10:24
    • 1 146

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

Sumqayıt şəhərində avtomobil piyadanı vuararaq öldürüb.

Hadisə Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlü Musazadə Pərviz Natiq oğlunu magistral yolu keçmək istəyərkən avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

//Report