Mikroavtobus avtomobillə toqquşdu, ölən var -  VİDEO
    • 23-07-2018, 13:25
    • 1 361

Mikroavtobus avtomobillə toqquşdu, ölən var - VİDEO

Bərdə rayonunda sərnişin daşıyan mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb.

Hadisə rayonun Alaçadırlı kəndi ərazisində baş verib.

"Mercedes" markalı mikroavtobusla "VAZ 2107" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobili idarəetməni itirərək yol kənarında yerləşən elektrik dirəyinə deyib. Qəza zamanı "VAZ 2107"in sürücüsü hadisə yerində ölüb.

Hadisə zamanı yüksək gərginlikli elektrik xətti qırıldığindan bir neçə kəndə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

// Report.az