Kürdəmirdə yol qəzası baş verib, yaralananlar var
Kürdəmir rayonunda yol qəzası baş verib.
Hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Ucarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı minik avtomobilinin idarəetməni itirərək aşması nəticəsində rayon sakinləri - 1988-ci il təvəllüdlü Vasif Arif oğlu Səmədov və 1994-cü il təvəllüdlü Nicat Şəriət oğlu Cəbiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
//Report
HADİSƏ
Kürdəmirdə mikroavtobus traktora çırpıldı - sürücü və sərnişinlər yaralandı22 yanvar 2020, 00:12
HADİSƏ
Kürdəmirdə avtomobil qəzası baş verib, 4 nəfər xəsarət alıb - YENİLƏNDİ03 avqust 2019, 13:57
KRİMİNAL / SİYASƏT
Azərbaycanda təcili yardım maşını aşdı - 5 nəfər xəsarət aldı08 noyabr 2018, 15:55