Məşhur sənətkar son mənzilə yola salındı - FOTO
    • 19-02-2019, 18:53
    • 924

Məşhur sənətkar son mənzilə yola salındı - FOTO

Türkiyənin məşhur vokal ifaçısı, İstanbul Opera və Balet Teatrının solisti Sedat Öztoprak ötən gün dünyasını dəyişib.

Sənətkar üçün bu gün Kadıköy Süreyya Opera səhnəsində vida mərasimi təşkil edilib. Mərasimə bir çox məşhurlar qatılıb. 

Vida mərasimi ardından S. Öztoprak İstanbulda dəfn edilib. Onun yaxın dostu, sənətçi Hakan Aysev mərhumla bağlı şəkil paylaşaraq, duyğulu fikirlərini bölüşüb.

News24.Az