Nişanlandığı günün sabahı öldü

Nişanlandığı günün sabahı öldü
KRİMİNAL / SİYASƏT

22 fevral 2019, 15:27

Mətn ölçüsü

Bakıda bir gün əvvəl nişanlanan gənc qəzada vəfat edib.

Hadisə dünən gecə saatlarında şəhər şossesindən Maştağaya gedən yolda baş verib.
Əli Novruzov "Koroğlu" metrosundan "1 manatlıq" taksiylə Maştağa qəsəbəsinə gedirmiş. Taksi sürücüsünün qəza törətməsi nəticəsində sərnişin Əli Novruzov vəfat edib.

Ə.Novruzovun fevralın 20-də nişanı olub. O, iş yoldaşı Aytən adlı qızla nişanlanıb. Onların hər ikisi "Koroğlu" metro stansiyasının yaxınlığında yerləşən "Bravo" marketdə işləyirmiş.

//Publika