Bakıda sərnişin avtobusunda yanğın olub

Bakıda sərnişin avtobusunda yanğın olub
KRİMİNAL / SİYASƏT

22 fevral 2019, 17:34

Mətn ölçüsü

Bir qədər əvvəl Babək və Qara Qarayev prospektlərinin kəsişməsindəki körpünün üzərində 49 nömrəli müntəzəm marşrut xətti üzrə (Bakıxanov-28 May m-su) hərəkət avtobusda yanğın hadisəsi olub.

News24.az xəbər verir ki, məlumat daxil olan kimi Bakı Nəqliyyat Agentliyi tərəfindən dərhal araşdırma aparılıb.

Müəyyən edilib ki, hadisə xətdə olan zaman nasazlıq yarandığından istehsalat bazasına geri qayıdan avtobusda baş verib.

Mühərrik hissəsində qısaqapanma olub. Avtobusda sərnişin olmayıb.