Türkiyəli sevgilisi azərbaycanlı qadını güllələyərək öldürdü - FOTOLAR
    • 24-07-2018, 16:42
    • 1 072

Türkiyəli sevgilisi azərbaycanlı qadını güllələyərək öldürdü - FOTOLAR

Türkiyədə azərbaycanlı qadın evli sevgilisi tərəfindən öldürülüb.

Hadisə bu səhər yerli vaxtla 08:30-da Konya şəhərində baş verib. Məlumata görə, olaydan bir gün əvvəl 3 uşaq anası, 50 yaşlı Sahibə Yüksəlir özündən 4 yaş kiçik, evli sevgilisi Rahim A.nın iş yerində evlilik mövzusunda mübahisə edib. 

Şahidlər polis çağırdıqdan sonra onlar problem olmadığını bildirib və barışıblar. Lakin növbəti gün cütlük Rahim A. nın avtomobilində olarkən yenidən mübahisə düşüb və kişi Sahibəyə 8 dəfə atəş açaraq onu yaralı halda maşında qoyub qaçıb. Bildirilir ki, qadın xəstəxanaya çatdırılsa da orada dünyasını dəyişib. Hazırda polis Rahim A.nı axtarır.

//Qafqazinfo.az