Bakıda maşından 1600 manat pul oğurlanıb
    • 25-02-2019, 12:31
    • 726

Bakıda maşından 1600 manat pul oğurlanıb

Bakıda maşının içərisindən 1600 manat pul oğurlanıb.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən  məlumata görə, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş yanvarın 25-də “BMW” markalı avtomobilindən içərisində 1600 manat olan pulqabısının oğurlandığını bildirib. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş M.Mirbabayev saxlanılıb. 

Araşdırma aparılır.