Bakıda hündürmərtəbəli binada güclü yanğın başlayıb - VİDEO
    • 25-02-2019, 13:49
    • 2 159

Bakıda hündürmərtəbəli binada güclü yanğın başlayıb - VİDEO

Bakıda “Qoşa Park” yaşayış kompleksində yerləşən hündürmərtəbəli binada güclü yanğın başlayıb.  

News24.az-ın məlumatına görə, yanğın Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 97-ci binada qeydə alınıb. Yanğın 25 mərtəbəli binanın E blokunda baş verib. Bildirilir ki, yanğın qonşu evlərə də keçib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürənləri və təcili tibbi yardım briqadası cəlb olunub.

News24.Az